Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Ağdaşda Beynəlxalq Müəllimlər Günü qeyd olunub.

05.10.2025

Oktyabrın 3-də Ağdaş rayon Heydər Əliyev Mərkəzində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə “Müəllim ömrü” adlı ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin, müəssisə və təşkilatların məsul şəxsləri, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, Regional İdarənin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllimləri iştirak edib.

İlk olaraq Dövlət Himni səsləndirilib, Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Günün əhəmiyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Sonra musiqi təhsili sahəsində səmərəli fəaliyyətinə görə təltif edilmiş Regional İdarənin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllimlərinə və dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olummuş tədbirlərdə fəal iştirak etmiş müəllim və şagird kollektivlərinə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Fəxri fərmanları təqdim olunub.

Tədbir Ağdaş Xalq teatrının təqdimatında “Sehirli xalat” filminin motivləri əsasında hazırlanmış tamaşanın nümayişi və konsert proqramı ilə davam etdirilib.

Sonda Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Namiq Tarverdiyev çıxış edərək, əlamətdar gün münasibətilə müəllimləri təbrik edib, onlara xoş arzu və diləklərini çatdırıb.