17.09.2025
16 sentyabr 2025-ci il tarixində dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə "Üzeyir dühası" adlı ədəbi-bədii kompazisiya təşkil olunub.
Göyçay rayon Mədəniyyət Mərkəzində baş tutan tədbirdə rayon İcra Hakimiyyətinin, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin məsul şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Dahi bəstəkarın unudulmaz əsərlərinin səsləndirilməsi ilə davam etdirilən tədbirdə "O olmasın, bu olsun" filmindən bir hissə səhnələşdirilib.