Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq İncəsənət Festivalının ikinci mərhələsinə start verildi.

05.07.2023

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının ikinci mərhələsinə start verilib.

İyulun 3-də başlayan ikinci mərhələdə Mərkəzi Aran iqtisadi rayonuna daxil olan Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab inzibati rayonları və Mingəçevir şəhərindən qeydiyyatdan keçərək festivalın birinci mərhələsində uğurlu nəticə əldə etmiş uşaqlar iştirak edirlər.

İki məntəqədə, Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbi və Ağdaş rayon Heydər Əliyev Mərkəzində keçirilən festivalın ikinci mərhələsində iyulun 3-ü və 4-ü tarixlərində fortepiano ifaçılığı, akademik vokal, estrada oxuma, xor, aşıq sənəti və xanəndəlik nominasiyaları üzrə çıxış edən iştirakçılar öz bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq həyata keçirilən festivalın əsas məqsədi, milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların milli vətənpərvərlik, mədəniyyətə, incəsənətə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onlarda mədəni həyat tərzinin formalaşdırılması işinə köməklik göstərilməsidir.