08.05.2024
Xəbər verdiyimiz kimi Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Regional idarənin xidməti əhatəsinə aid olan şəhər və rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı bilik yarışı keçirilir.
Bilik yarışı Ümumilli lider Heydər Əliyevin zəngin irsinin təbliğ edilməsi, qədim tarixə malik olan Azərbaycan mədəniyyətinin və incəsənətinin dərindən öyrənilməsi, mədəniyyət sahəsində çalışan işçilərin bilik və bacarıqlarının daha da artırılmasına xidmət edir.
Mayın 8-də Ağdaş rayon Heydər Əliyev Mərkəzində bilik yarışının final mərhələsi baş tutub.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəis müavini Qasım Qasımov, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova, Regional idarənin əməkdaşları və mədəniyyət işçiləri ilk əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsinə önünə gül dəstələri düzüb, Ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Qeyd edək ki, yarış seçim mərhələsi (yerli) və final mərhələsi (regional) olmaqla 2 mərhələdə təşkil olunur.
Xatırladaq ki, seçim (yerli) mərhələsi mayın 3-də keçirilib.
Yerli mərhələdə qalib olaraq final mərhələsində iştirak etmək hüququ qazanan komandalar Azərbaycan mədəniyyəti, tarixi, coğrafiyası və ümumi dünyagörüşünə aid sualları cavablandırıblar.
Ümumilikdə 7 rayon üzrə 7 komandanın iştirak etdiyi final mərhələsində qalib komanda düzgün cavabların sayına uyğun olaraq Regional idarənin təşkil etdiyi komissiya tərəfindən müəyyən edilib.
I yer - Göyçay rayonu üzrə (musiqi məktəbinin komandası) - "Akkord" komandası
II yer - Ucar rayonu üzrə (muzey və Heydər Əliyev Mərkəzinin komandası) - "Xəzinə" komandası
III yer - Ağdaş rayonu üzrə (kitabxana komandası) - "Xəzinə" komandası
Beləliklə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı bilik yarışına yekunu vurulub.