Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq musiqi və incəsənət məktəblərində yekun konsertlər keçirilib.

04.06.2024

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində 2023/2024-cü tədris ili üzrə yekun konsertləri keçirilib.

Mayın 29-dan başlayan konsertlər proqramları iyunun 4-də yekunlaşıb. Ümumilikdə Regional idarə üzrə on beş uşaq musiqi və incəsənət məktəblərində yekun hesabat konsertləri təşkil edilib.

Ənənəvi olaraq hər tədris ilinin sonunda keçirilən konsert proqramlarında müxtəlif ixtisaslar üzrə tədris alan şagirdlər il ərzində mənimsədikləri bilik və bacarıqlarını nümayiş etdirirlər.

Yekun konsertlərdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov, şagirdlərin valideynləri və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.

Konsert proqramlarının sonunda çıxış edən Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov şagirdlərə uğurlar arzulayıb. Eyni zamanda rəis çıxışında, musiqi məktəblərində təhsilin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlərlə bağlı müəllim kollektivlərinə tapşırıq və tövsiyələrini bildirib.