02.07.2024
2 iyul 2024-cü il tarixində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin 2024-cü ilin birinci yarımili ərzində görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda hesabat iclası keçirilib.
Ağdaş rayon Heydər Əliyev Mərkəzində keçirilən iclasda Regional idarənin rəisi Aydın Bəşirov, aparat işçiləri və idarənin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbərləri iştirak ediblər.
İlk olaraq mədəniyyət müəssisələrinin rəhbərlərinin hesabat dövrü ərzində görülmüş işlər, həmçinin “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş tədbirlər haqqında çıxışları dinlənilib.
O cümlədən, bu il ilk dəfə olaraq mərkəzləşdirilmiş şəkildə həyata keçirilmişidarənin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu imtahanlarının uğurla başa çatdırıldığı diqqətə çatdırılıb.
Daha sonra çıxış edən idarə rəisi Aydın Bəşirov qarşıda duran vəzifələr və hədəflər barədə danışaraq qeyd edib ki, əsas məqsəd mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, əhaliyə göstərilən mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsidir. Həmiçinin idarə rəisi səmərəliliyin artırılması, iş mexanizmində operativliyin təmin edilməsi istiqamətində tapşırıq və tövsiyyələrini bildirib.
İclas mövcud olan problemlər və onların həlli istiqamətində görüləcək işlər barədə müzakirələr ilə davam etdirilib.