Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Regional İdarənin 2024-cü il üzrə fəaliyyətinə dair hesabat iclası keçirilib.

18.02.2025

18 fevral 2025-ci il tarixində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin 2024-cü il ərzində görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda hesabat iclası keçirilib.

Ağdaş rayon Heydər Əliyev Mərkəzində gerçəkləşən iclasda Regional idarənin rəisi Aydın Bəşirov çıxış edərək qarşıda duran vəzifələr və nəzərdə tutulan layihələr barədə məlumat verib. Əsas məqsədin mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, əhaliyə göstərilən mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi olduğunu qeyd edən idarə rəisi səmərəliliyin artırılması, mövcud olan problemlər və onların həlli istiqamətində görüləcək işlər barədə tapşırıq və tövsiyyələrini bildirib.

Daha sonra Regional İdarənin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərlərinin hesabat dövrü ərzində görülmüş işlər haqqında çıxışları dinlənilib.