Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Festival ab-havası bu dəfə Kürdəmirdə hiss olunub.

01.05.2025

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 30 aprel 2025-ci il tarixində Kürdəmir rayonunda Uşaq İncəsənət Festivalının 1-ci seçim turunun başlanılması ilə bağlı tədbir keçirilib. İştirakçılara, həmçinin bölgədə yaşayan uşaq və gənclərə festival ruhunun ötürülməsi, mədəni bütünləşmənin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirdə bir-birindən maraqlı, rəngarəng və interaktiv fəaliyyətlər təşkil edilib.

Festival iştirakçılarının çıxışları, rəsm əsərləri, dekorativ sənət nümunələri ilə zəngin olan əyləncə zonalarından ibarət olan festival tədbiri hər kəsi bir araya gətirib.

Qeyd edək ki, Uşaq İncəsənət Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı keçirilir. Festivalda qeydiyyatdan keçən iştirakçılar 21 aprel 2025-ci il tarixindən etibarən start verilən 1-ci seçim mərhələsində öz bacarıqlarını nümayiş etdirirlər.