10.11.2017
10 Noyabr tarixində Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Maqsud Şeyxzadənin ev muzeyində görkəmli ədibin anadan olmasının 109-cu ildönümü münasibətilə tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə açan muzeyin şöbə müdiri Afaq Xəlilova öz məruzəsində Azərbaycanın və Özbəkistanın böyük oğlu,Ağdaş torpağının yetirməsi, görkəmli şair və dramaturq Maqsud Şeyxzadənin həyatı barədə ətraflı məlumat vermişdir.Sonra muzeyin fəal işçilərindən Jalə Şıxəliyeva görkəmli alimin yaradıcılığı barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.Tədbirdə iştirak edən Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi İlqar Vəliyev və Mərkəzi Kitabxananın direktoru Seyfəddin Feyzullayev Maqsud Şeyxzadə haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşlər.Eyni zamanda Ağdaş rayon 7 saylı məktəbin şagirdləri şairin əsərlərindən şer parçaları söyləmişlər.
Tədbirin yekununda iştirakçılar muzeydə təşkil olunmuş sərgi ilə tanış olmuşlar.