14.10.2019
12 oktyabr 2019 - cu il tarixində Ucar rayon Tarix-Diyarşünaslıq Muzeyində 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Ucar rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları ilə yanaşı Ucar rayon Qazyan kənd 2 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.Tədbirdə muzeyin elmi - əməkdaşı Vəfa Hüseynova və muzey bələdçisi Afət Kərimova şagirdlər qarşısında müstəqillik mövzusunda məruzə ilə çıxış ediblər.Sonda şagirdlər muzeydə yaradılmış stendlə tanış olublar.