22.11.2019
21 noyabr 2019-cu il tarixində Zərdab rayon Heydər Əliyev Mərkəzində Zərdab rayon sakinləri Ehram bəylə Xədicə xanımın nigah mərasimi keçirilib.
Mərasimdən öncə nigaha daxil olan gənclərə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib.
Zərdab rayon Qeydiyyat şöbəsinin rəisi Rahim Nuriyev tərəfindən nigahları rəsmiləşdirilən gənclərə Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova tərəfindən xatirə hədiyyələri təqdim edilib. Nigaha daxil olan gənclərimizi və onların ailə üzvlərini bu münasibətlə təbrik edir, onlara xöşbəxt ömür, ailə səadəti arzu edirik.