17.01.2020
17 yanvar 2020-ci il tarixində Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyində 20 Yanvar faciəsinin 30–cu il dönümü ilə əlaqədar “Azərbaycan xalqının istiqlalına yol açan şanlı tarix–20 Yanvar” adlı tədbir və “20 Yanvar əsrə bərabər gecə” adlı sərgi təşkil olunub.
Tədbirdə öncə şəhidlərin ruhu 1 dəqiqə sükutla yad edilib .Sonra muzeyin direktoru Şahnaz Mustafayeva müstəqilliyə gedən yolun başlanığıcı olan Qanlı Yanvar hadisələrindən ətraflı məlumat verib .Muzeyin əməkdaşı Aybəniz Abdullayeva “Azərbaycan xalqının istiqlalına yol açan şanlı tarix – 20 Yanvar “ adlı mühazirə ilə çıxış edib.
Tədbirdə Zərdab şəhər 1 saylı məktəb liseyin müəllim və şagirdləri iştirak ediblər.Məktəbin müəllimi Türanə İsaqova çıxış edərək bildirib ki, 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsada, Azərbaycan xalqının iradəsini ,milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi .Həmin gecə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar,xalqın milli azadlığı ,müstəqilliyi üçün yol açdılar.
Sonda şəhər 1 saylı məktəb liseyin şagirdləri şer və kompozisiya ilə çıxış ediblər.