17.02.2020
Ağdaş rayon Mərkəzi kitabxanasında “14 fevral–Beynəlxalq kitab bağışlama günüdür” adlı sərgi təşkil olunub. Sərgidə yeni kitablar nümayiş olunub.
Tədbirdə Ağdaş rayon MKS-nin Abonement bölmə müdiri Ruhiyyə Cavadova Kitab bağışlama gününün keçirilmə tarixi haqqında sərgi iştirakçılarına məlumat verib. Bildirib ki, bu təqvimdə ən gənc bayramlardandır. Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmamasını soruşub.2013-cü ildən etibarən bu gün dünyanın bir çox ölkəsində “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb.R.Cavadova onu da vurğulayıb ki, son illər Azərbaycanda da bu gün qeyd olunur. Sərgi ilə tanış olan oxuculardan Samirə Quluyeva, Jalə Hacıyeva, Məxluqə Məmmədova, Könül Allahverdiyeva, Billurə Əliyevaya xoşladıqları kitablar hədiyyə verilib.