27.02.2020
25 fevral 2020 –ci il tarixində Xocalı soyqırımının 28 – ci ildönümü ilə əlaqədar Ucar rayon Tarix–Diyarşünaslıq muzeyinin kollektivi Ucar rayon Şəhidlər Xiyabanını ziyarət etmiş, 26 fevral 2020 – ci il tarixdə isə muzeydə “ Xocalı faciəsi XX əsrin faciəsidir “ adlı söhbət təşkil etmişlər. Tədbirdə muzey işçiləri ilə yanaşı, Ucar rayon Qazyan kənd 2 nömrəli tam orta məktəbin bir qrup müəllim və şagird kollektivi iştirak etmişlər. Xocalı faciəsini əks etdirən lövhənin önündə muzey əməkdaşları bu mövzuda mühazirələrlə çıxış etmişlər.