20.04.2020
Ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq 20 aprel 2020-ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyevin sədrliyi ilə növbəti videokonfrans keçirilmişdir. Konfransda 16 aprel 2020-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Əbülfəs Qarayevin sədrliyi ilə keçirilmiş videokonfrans zamanı verilmiş tapşırıq və tövsiyyələr müəssisə rəhbərlərinin diqqətinə çatdırılmışdır. Sonra tabe müəssisələrdə dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi, yaşı 65 və daha yuxarı olan, əvvəllər mədəniyyət sahəsində çalışmış vətəndaşların, eləcə də tənha yaşayan, sosial qayğıya ehtiyacı olan şəxslərin daim nəzarətdə saxlanılması, uşaq musiqi məktəblərində online dərslərin müntəzəm keçirilməsi, mədəniyyət ocaqlarında virtual sərgilərin təşkil edilməsi, videoçarxların yüksək səviyyədə hazırlanması və digər mövzularda müzakirələr aparılmış, müvafiq tapşırıqlar verilmişdir.