Zərdab rayon Mədəniyyət Mərkəzi (keçmiş rayon mədəniyyət evi) 1969-cu ildə yaradılmışdır. 2015-ci ildən etibarən Mədəniyyət evi Mərkəz kimi fəaliyyət göstərir. Binanın ümumi sahəsi 1926 kv.m olmaqla mühazirə zalı, tamaşa zalı, sərgi zalları, 4 dərnək otağı, 10 inzibati otaq və texniki otaqlardan ibarətdir.
Hal - hazırda Mədəniyyət Mərkəzinin nəzdində 23 filial müəssisə fəaliyyət göstərir ki, bunlardan:
22-si Diyarşunaslıq
1-i Folklor üzrə profilləşdirilmişdir.
Hal-hazırda rayon Mədəniyyət Mərkəzində ümumilikdə 77 mədəniyyət işçisi çalışır.
Mədəniyyət Mərkəzində rəqs,gitara,dram və rəsm dərnəkləri fəaliyyət göstərir. Mərkəzin əməkdaşları Zərdab rayonunda keçirilən ümumrayon tədbirlərində hər zaman fəal iştirak edərək qədim adət-ənənələrimizi, xalq oyunlarını, deyimlərini, musiqisini nümayiş etdirirlər.
(02029) 6 42 38
zerdab.medeniyyet@mail.ru