XX əsrin 50 - ci illərində yaradılıb. Şəhərin bir neçə məhəlləsində fəaliyyətini davam etdirib. Rayon mədəniyyət evi kimi rayon əhalisinin asudə vaxtının səmərəli təşkilində uğurlar qazanmışdır.
Müxtəllif illərdə rayon mədəniyyət evində görkəmli aşıqlar, Aşıq Şakir Hacıyev, Aşıq Əhməd Rüstəmov, zurna ifaçısı Həsrət Hüseynov, el sənətkarı, tanınmış xanəndə Eynulla Cabrayılov, xalq artisti Sadıq Zərbəliyev, müğənni Elşad Qarayev, balaban ustası Rəşid Məmmədov qarmonçalan Ənvər Əhmədov, xanəndə Səfalı Əliyev, müğənni Hüseynqulu Hüseynov və onlarca musiqiçilər nəsli fəaliyyət göstərmişdir.
Mədəniyyət evinin bədii özfəaliyyət kollektivinin üzvü məşhur balaban ifaçısı Həsrət Hüseynov Ümumdünya Festivalının laureatı adını qazanmış, Aşıq Şakir Hacıyev Şirvan aşıq məktəbinin görkəmli nümayəndəsi kimi böyük şöhrət qazanmışdır.
Saz və söz ustadı Aşıq Əhməd Rüstəmov öz qoşmaları, dastanları, müxəmməsləri, bağlamaları və aşıq şeirinin müxtəlif janrlarında yazılmış çoxsaylı əsərləri ilə insanların yaddaşına hopmuşdur. Aşıq Əhməd Rüstəmov respublikada tanınmış el sənətkarı kimi ölkə başçısının sərəncamı ilə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülmüşdür.
Rayon mədəniyyət evində müxtəlif dövrlərdə bədii özfəaliyyət kollektivləri, dərnəklər, kurslar, musiqi ansamblları fəaliyyət göstərmiş, respublika və beynəlxalq festivallarda, baxış - müsaqibələrdə yaxından iştirak etmışdır.
1971 – ci ildən rayon mədəniyyət evi üçün yeni bina tikilmiş və N.Nərimanov adına Mədəniyyət evi kimi fəaliyyət göstərmişdir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 27.04.2015 – ci il tarixli 217 nömrəli əmri ilə Rayon Mədəniyyət Mərkəzləri yaradılmış və N.Nərimanov adına rayon mədəniyyət evi 01 iyun 2015 – ci il tarixdən N.Nərimanov adına Kürdəmir rayon Mədəniyyət Mərkəzi kimi fəaliyyət göstərir.
Hal-hazırda rayon Mədəniyyət Mərkəzində aşağıdakı dərnəklər və kurslar fəaliyyət göstərir:
1.Teatr dərnəyi (yeni yaradılmış)
2.Bədii qiraət dərnəyi
3.”Bacarıqlı əllər” dərnəyı
4.Rəsm dərnəyi
5.Rəqs dərnəyi
6.Mülki müdafiə
7.Hərbi vətənpərvərlik
8.”Ritm” zərb alətləri dərnəyi və 4 instrumental ansamblımız fəaliyyət göstərir.
Rayon Mədəniyyət Mərkəzinin və onun filialları yeni struktura uyğun formalaşmışdır. Mədəniyyət Mərkəzinin filialları qismində fəaliyyət göstərən klub müəssisələrində məqsədə uyğun şəkildə profilləşdirilmə aparılmışdır. İlkin mərhələdə klub müəssisələrinin üçdə biri profilləşdirilmişdir. Profilləşdirilmədən sonra Kürdəmir rayon Mədəniyyət Mərkəzinin filialları ilə birlikdə şəbəkəsi aşağıdakı kimidir:
1.Kürdəmir rayon N.Nərimanov adına Mədəniyyət Mərkəzi
2.Qarabucaq qəsəbə Diyarşünaslıq evi
3.Sığırlı kənd Diyarşünaslıq evi
4.Köhünlü kənd Diyarşünaslıq evi
5.Cəyli kənd Folklor klubu
6.Qarasaqqal Folklor evi
7.Xırdapay kənd Folklor evi
8.Çərtəyəz kənd Sənətkarlıq klubu
9.Qocalı kənd Sənətkarlıq klubu
10.Şilyan kənd Sənətkarlıq klubu
11.Ərşəli kənd Mədəniyyət evi
12.Yenikənd kənd klubu
13.Atakişili kənd klubu
14.Topalhəsənli kənd klubu
15.Karrar kənd klubu
16.Muradxan kənd klubu
17.Ərəbqubalı kənd klubu
18.Təklə kənd klubu
19.Şahbəyli kənd klubu
20.Oarabucaq kənd klubu
21.Sovla kənd klubu
22.Karrar qəsəbə klubu
23.Pirili kənd klubu
24.Qurdbayram kənd klubu
25. Carlı kənd klubu
26.Mollakənd kənd klubu
27.Çöl – Qubalı kənd klubu
28.Şüşün kənd klubu
29.Beyi kənd klubu
30.Böyük Kəngərli kənd klubu
(02025) 5 20 51
19sevinc76@mail.ru