Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Region haqqında
Səhiyyə
|

Ucar

Əhalinin sağlamlığı dövlətin daim diqqət mərkəzindədir.
Belə ki, əhalinin sosial rifahını yaxşılaşdırmaq üçün rayonda bir çox sosial təyinatlı obyektlər fəaliyyət göstərir.
2010-cu ildən rayon əhalisinin sağlamlığını qorumaq məqsədilə 4 xəstəxana, 16 ambulator poliklinika müəssisləri fəaliyyət göstərir ki, onlarda da 96 həkim və 386 orta tibb işçisi çalışır.
Beləliklə rayon əhalisinin hər 10000 nəfərinə 12 həkim, 48,4 orta tibb işçisi, 24,7 xəstəxana çarpayısı düşür.
2009-cu illə müqayisədə 2010-cu ildə həkimlərin sayi 7,9 faiz artmış, orta tibb işçilərinin sayı 6,3 faiz, xəstəxana çarpayılarının sayı isə 3,2 dəfə azalmışdır.
Əhalinin sağlamlığının qiymətləndirilməsinin əsas göstəricilərindən biri də xəstələnmə hallarından ibarətdir. Rayonda ötən il qeydiyyata alınmış xəstəliklər arasında tənəffüs oqranlarının, həzm və qan dövranı sisteminin xəstəlikləri üstünlük təşkil etmişdir. Belə ki, 8150 nəfər xəstədən 3345 nəfəri tənəffüs orqani, 887 nəfəri həzm orqanı, 707 nəfəri isə qan dövranı sistemindən və sair xəstəliklərdən ibarət olmuşdur.

  2006 2007 2008 2009 2010
Bütün ixtisaslardan olan həkimlərin sayı 72 76 80 89 96
Əhalinin 10000 nəfərinə 9,4 9,9 10,3 11,3 12
Orta tibb işçilərinin sayı (nəfərlə) 372 408 409 412 386
Əhalinin 10000 nəfərinə 48,8 52,9 52,5 52,4 48,4
Xəstəxana müəssislərinin sayı 13 13 13 13 4
Xəstəxana çarpayılarının sayı 625 625 625 625 197
Əhaliyə ambulator poliklinika yardımı göstərən müalicə müəssislərinin sayı 15 15 15 15 16
Ambulator poliklinika müəssislərinin gücü (növbədə gələnlərin sayı) 755 755 755 755 768
Əhalinin 10000 nəfərinə 99,0 97,9 96,9 95,9 96,2